Bakının Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, prospektdə köməkçi yoldan əsas yola çıxan minik avtomobili diqqətsizlik edərək hərəkətdə olan “Toyota Prius”la toqquşub.
Toqquşma nəticəsində “Prius” bir neçə dəfə aşıb.
Sürücü qəzadan xəsarətsiz xilas olub, lakin avtomobilə ciddi ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik: