Bakıda ahıl kişini avtomobil vurdu, vəziyyəti ağırdırbackend

Bakıda ahıl kişini avtomobil vurdu, vəziyyəti ağırdır

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, yolu keçən 1955-ci il təvəllüdlü Ələkbərov Şəmsəddin Hümbət oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travmasi və baş-beyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*