Bakıda APA-nın büdcəsi qəbul edildibackend

Bakıda APA-nın büdcəsi qəbul edildi

Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən iclasında 1 milyon ABŞ dolları dəyərində olan büdcəsi qəbul edilib.

KONKRET.az xəbər verir ki, Azərbaycanda APA-nın Büdcə və planlaşdırma daimi komitəsinin iclası keçirilir.

Büdcəyə ödənişlər 44 ölkə arasında bölüşdürüləcək. Minimum ödəniş 22 min ABŞ dolları, maksimum 50 min ABŞ dolları təşkil edəcək.

APA büdcəsinin aşağıdakı maddə üzrə bölüşdürülməsi təklif olunur: əməliyyat və strateji xərclər (büdcə təsdiq edildikdən sonra ilkin olaraq ayrılır), əlavə xərclər (APA-nın yeni layihə və proqramlarının maliyyələşdirilməsi üçün xərclər) və ehtiyat xərcləri (fövqəladə halların və ya hadisələrin örtülməsi üçün APA İcraiyyə Şurasının qərarı ilə müəyyən edilir).//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*