Aptekdən uşaq yeməyi oğurlayan şəxs daha əvvəl də həbs olunub – RƏSMİ / YENİLƏNİBbackend

Aptekdən uşaq yeməyi oğurlayan şəxs daha əvvəl də həbs olunub - RƏSMİ / YENİLƏNİB

Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib:

“Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir”.

“Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”, – DİN rəsmisi vurğulayıb.

***

Sözügedən xəbərlə bağlı “Qafqazinfo”nun səhifəsində gedən müzakirəyə cavab olaraq Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, həmin şəxs oğurladığı qida məhsullarını satmaq məqsədilə talayıb:

“Övladı onun himayəsində deyil. Əmələ görə onun barəsində məhkəmə qərarı ilə 20 sutka həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib. O, əvvəllər iki dəfə oğurluq əməllərinə görə məhkum edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*