Bakıda ata oğlunu öldürdü – YENİLƏNİBbackend

Bakıda ata oğlunu öldürdü - YENİLƏNİB

Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan KONKRET.az-a bildirilib ki, ilkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

***

08:05

Aprelin 8-də saat 04:00 radələrində Yasamal rayonunda yerləşən evlərin birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, K. İsrafilovun atası, 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*