Bakıda avtobus 9 maşına çırpıldıbackend

Bakıda avtobus 9 maşına çırpıldı

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 DQN-lı avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Daşıyıcı şirkətdən verilən məlumata görə, hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

114 nömrəli marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib. Daha sonra ardıcılıqla “Toyota” markalı minik maşını “Qazel”ə çırpılıb. “Qazel” ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb. Qəza nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişini avtobusuna ciddi ziya dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*