Bakıda avtobus sürücüsü qrip halda işə çıxıb? – AÇIQLAMAbackend

Bakıda avtobus sürücüsü qrip halda işə çıxıb? - AÇIQLAMA

“Bu gün “Facebook” sosial şəbəkəsində İlhamə Əli adlı istifadəçi “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 79 saylı marşrut xətti üzrə hərəkət edən 10 TH 247 dövlət qeydiyyat nişanlı avobus sürücüsündə qrip əlamətləri olmasını yazıb.

Bununla bağlı olaraq şirkətimiz tərəfindən dərhal həmin avtobus xətdən kənarlaşdırılıb və sürücü Rafael İsgəndərov əlavə tibbi müayinəyə cəlb edilib. Müayinə zamanı sürücünün bədən temperaturunun yüksək olmaması (36,1) müəyyən edilib, həmçinin onda kəskin respirator virusun səbəb olduğu hər hansı xəstəlik aşkarlanmayıb.

Sərnişinə göstərdiyi diqqətə və həssaslığa görə təşəkkür edirik. Həmçinin bildirmək istəyirik ki, bütün sürücülər səhər işə başlamazdan əvvəl tibbi müayinədən keçirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*