Dekabrın 4-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb.
KONKRET.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.