Bakıda avtobusda dava görün nə üstündə düşüb – VİDEObackend

Bakıda avtobusda dava görün nə üstündə düşüb - VİDEO

Bakıda avtobusların birində iki sərnişin arasında mübahisə dava ilə nəticələnib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Mübahisənin hansı səbəbdən baş verdiyi üzə çıxıb.

KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı avtobusun sürücüsü Abgül Mayılov “Xəzər Xəbər”ə danışıb.

O bildirib ki, sərnişinlər arasında mübahisə dayanacaqdan başlayıb. Onlar avtobusa minmək üstündə dava ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən gün günorta saatlarında paytaxtın Nizami rayonu ərazisində 66 saylı xətt üzrə hərəkət edən avtobuslardan birində baş verib.

Nazirlik iki nəfərin ictimai nəqliyyatda dalaşmasını əks etdirən görüntüləri dərhal nəzarətə götürüb və onlar qısa zamanda tez müəyyən edilərək saxlanıblar. Hər iki sərnişinin ifadəsi alınıb. Məsələyə hüquqi qiyməti məhkəmə verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*