Bakıda axtarışda olan şəxs özünü partlatdı: Polislər yaralandı – YENİLƏNİBbackend

Bakıda axtarışda olan şəxs özünü partlatdı: Polislər yaralandı - YENİLƏNİB

Bakıda qumbara ilə özünü partladan şəxsin kimliyi bəlli olub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs əvvəllər narkotikin qeyri-qanuni dövriyyəsi və qaçaqmalçılıqla məhkum olunmuş Müseyib Ələsgərovdur.

Qeyd edək ki, M.Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman o, üzərində olan qumbara ilə özünü partladaraq öldürüb.

***

17:14
Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

KONKRET.az  xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub./apa/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*