Bakıda baş vermiş yanğından onlarla sahibkar zərər çəkdi – Sığortasız işləyirdilərbackend

Bakıda baş vermiş yanğından onlarla sahibkar zərər çəkdi - Sığortasız işləyirdilər

Bakının Nərimanov rayonu Təbriz küçəsində yerləşən ticarət obyektlərində baş verən yanğın nəticəsində onlarla sahibkara ziyan dəyib.

KONKRET.az xəbər verir ki, bu barədə sahibkarlar məlumat verib.

Yanğın 300 kvadrat metr ərazidəki alış-veriş meydançasını məhv edib. Həmin ərazidə 130-dan çox pərakəndə satış nöqtəsi var idi. Sahibkarlar bir neçə kvadrat metr ticarət sahəsi icarəyə götürdülər. Burada bir pərakəndə satış məntəqəsinin kirayə qiyməti 650-2000 manat arasında dəyişirdi.

Zərərçəkmiş sahibkarlardan Pərviz Dadaşev virtualaz.org-un əməkdaşına bildirib ki, burada 80-dən çox sahibkar obyektin ticarət nöqtələrini kirayələmişdi. Onlar burada paltar, məktəb ləvazimatları və ev əşyaları satırdılar.

Yanğın səhər tezdən baş verdiyindən tacirlər mallarını oddan çıxara bilməyiblər. Pərviz Dadaşev deyir ki, şəxsən özü yanğında 50-60 min manatlıq malını itirib.  Yanımda dayanan qadın da 80 min manatlıq mal itirdiyini bildirib. Bir çox sahibkar banklara böyük məbləğdə pul borcludur.

Sahibkarlara dəymiş iqtisadi ziyanın ümumi miqdarı hələ dəqiqləşdiriləcək. Məsələ ondadır ki, bu obyektdəki ticarətçilərdən heç birinin sığortası yox idi. Buna görə onlara kompensasiya verilib-verilməyəcəyi hələ məlun deyil. Tacirlər jurnalistlərlə söhbətdən də imtina edirlər, çünki kompensasiya almayacaqlarından qorxurlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*