Bakıda binada PARTLAYIŞ – VİDEObackend

Bakıda binada PARTLAYIŞ - VİDEO

Bu gün saat 09 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.

KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*