Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Pərvin Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə bu il mayın 17-də paytaxt ərazisində baş verib.
Belə ki, Bünyatov Pərvin Türbət oğlu Q.Nəbi küçəsi ev 2 ünyanının qarşısından keçərkən mobil telefonla danışaraq həmin binanın 3-cü blokuna daxil olan azyaşlı Ümid Quliyev (ad və soyad şərtidir) arxasınca bloka daxil olaraq ondan danışmaq bəhanəsi ilə telefonu alıb. Mobil telefonun kilidli olduğunu görüb, azyaşlıya bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib. Telefonun kilidini öyrənərək hadisə yerindən qaçıb.
Bununla da Ümid Quliyevə 200 manat dəyərində ziyan vurmaqla quldurluq edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məclləsinin 181.2.5-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törədən Pərvin Bünyatov şübhəli şəxs qismində tutulub.