Bakıda biri uşaq olmaqla üç nəfərin yanaraq öldüyü evdən GÖRÜNTÜLƏRbackend

Bakıda biri uşaq olmaqla üç nəfərin yanaraq öldüyü evdən GÖRÜNTÜLƏR

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş yanğınla bağlı yeni təfərrüat məlum olub.

KONKRET.az xəbər verir ki, Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın nəticəsində nənə, qızı və azyaşlı nəvəsi həyatını itiriblər.

Bildirilir ki, nənənin qızı yanğın baş verən zaman əlil arabasında olub. Azyaşlı isə nənənin digər qızının övladlarından biri olub.

İlkin məlunata görə, hadisə səhər saatlarında, 11 radələrində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*