Bakıda “BMW”nin vurduğu moped yandı, sürücü komaya düşdü – VİDEObackend

Bakıda “BMW”nin vurduğu moped yandı, sürücü komaya düşdü - VİDEO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Metronun 20 Yanvar stansiyası istiqamətində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü yolun birinci zolağında hərəkətdə olan zaman qəflətən onun qarşısına moped çıxıb. Mopedin sürücüsü idarəetməni itirdiyindən avtomobil ona çırpılıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, mopedi sürən şəxs bir neçə metr irəliyə atılıb.

Moped isə qəfil alışmağa başlayıb. Əraziyə FHN-nin DYMX-nin iki texnikası cəlb edilib. Yanğın söndürülüb. Ağır xəsarət alan şəxs Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti vasitəsi ilə xəstəxanaya çatdırılıb. Mopedi idarə edən şəxs komaya düşüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.

Bakıda avtomobilin vurduğu moped yanıb - FOTO

Bakıda avtomobilin vurduğu moped yanıb - FOTO

Bakıda avtomobilin vurduğu moped yanıb - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*