Bakıda Dağlılar məhəlləsindən “çay axır” – VİDEObackend

Bakıda Dağlılar məhəlləsindən “çay axır” - VİDEO

Binəqədi rayonu Cəfər Cabbarlı küçəsinin sakinləri bugünkü yağışdan sonra çıxılmaz duruma düşüblər.

KONKRET.az xəbər verir ki, Yenisabah.az-a müraciət edən Dağlılar məhəlləsinin sakinləri heç kimin onlara kömək əlini uzatmadığını deyiblər. Sakinlər bildiirblər ki, Cəfər Cabbarlı küçəsi döngə 3-də kanalizasiya borusu qoyulmadığı üçün 50 ev suyun içindədir:

“Su içində yaşayırıq. Yaşadığımız yerə baxın. Suyun əlindən həyətə, küçəyə çıxa bilmirik. İcra hakimiyyətinə neçə dəfə müraciət etmişik. Cavab verməyiblər. Bu gün də getdik. Texnika verəcəklərini dedilər. Lakin hələ də bir xəbər yoxdur. Bunu quraqlıq vaxtı verin düzəldək də. Şikayətimizə baxan yoxdur. Burada daimi su var. Belə də qalıb”.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*