Bakıda daha 7 küçəyə avtobus zolağı çəkildibackend

Bakıda daha 7 küçəyə avtobus zolağı çəkildi

Bakı Nəqliyyat Agentliyi (BNA) 7 küçə və prospektdə xüsusi avtobus zolaqlarının təşkilini yekunlaşdırıb. Eyni zamanda, hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür.

 

Bu barədə KONKRET.az-a BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib.

 

O bildirib ki, ümumilikdə 10 küçə və prospektdə xüsusi zolaqlar yaradılacaq:

 

“Bunun üçün ilk növbədə layihələndirmə işləri aparılır. Seçilmiş küçə və prospektlərdə avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Sadalanan yollardan gün ərzində yüzminlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir. Ümumilikdə 10 küçə və prospektdə xüsusi zolaqlar yaradılacaq. Zolaqların təşkilində əsas məqsəd, müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etməkdir”.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*