Bakıda doğuşda körpə öldü, həkim işdən çıxarıldıbackend

Bakıda doğuşda körpə öldü, həkim işdən çıxarıldı

Bakıda doğuş zamanı körpə ölümü baş verib.

KONKRET.AZ xəbər verir ki, bu barədə qafqazinfo-ya məlumatı xəstənin qohumu Xalid Nəmətzadə verib. O bildirib ki, hadisə 2 saylı Dəmiryol Uşaq Poliklinikasında baş verib. Səadət Qurbanova adlı qadın 23 sentyabr tarixində doğuş sancısı ilə xəstəxanaya aparılıb. Lakin bu zaman məlum olub ki, onun həkimi Zərnişan İsmayılova istirahətə gedib. Odur ki, doğuşu başqa həkim Səkinə Əsədova həyata keçirib:

“Doğuş 4 saat çəkdi və bu zaman ərzində bizə heç bir məlumat verilməyib. Son anda bildik ki, körpə ölüb. Ölümə səbəb kimi isə uşağın çəkisini göstərdilər. Uşaq 4 kiloqram 700 qram doğulub. Hamı dedi ki, bu zaman həkim qeysəriyyə əməliyyatı etməli idi. Lakin bizə məlumat verilməyib.

Hətta ana da ölə bilərdi. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, baş həkimə müraciət etmişik. Baş həkimin müavini bildirdi ki, artıq həkim işdən çıxarılıb. Hüquq-mühafizə orqanlarından da aldığımız məlumata görə, hazırda istintaq işi aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*