Bakıya gəlmiş Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinin hansı təşkilatı təmsil etdikləri məlum olub.
KONKRET.az asbarez.am-a istinadla xəbər verir ki, Ermənistan nümayəndə heyətinə İrəvan Mətbuat Klubunun fəxri sədri Boris Navasardyan, Areq Koçinyan, Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin prezidenti, politoloqlar Narek Minasyan və Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan daxildir.
Onların səfərini Ermənistan hökuməti maliyələşdirirb. Noyabrın 20-də keçirilən iclasında İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram (46 004.401 $) ayrılması barədə qərar qəbul edib.
Bundan əvvəl, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə İrəvanda ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.
Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar.
Dilarə Əfəndiyeva Bakıdakı görüşlərdə iştirak etmir. Onu başqa şəxs əvəz edir.
