Bakıda ev yandı: Sakinlər təxliyə edildibackend

Bakıda ev yandı: Sakinlər təxliyə edildi

Bakı şəhərinin Nizami rayonunda ev yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə, bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin 1 ədəd pəncərə çərçivəsi yanıb.

Nazirliyin yaydığı məlumata əsasən yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş evdən 2 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*