Bakıda eyni yolda bir gündə ikinci hadisə: Tıxac yarandı – FOTObackend

Bakıda eyni yolda bir gündə ikinci hadisə: Tıxac yarandı - FOTO

Bakının Heydər Əliyev prospektinin şəhər mərkəzi istiqamətində kənar yolunda nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar metronun “İçəri şəhər”, “28 May”, “Gənclik”və “Nəriman Nərimanov” stansiyaları istiqamətində ekspress və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

“Bu, artıq bu gün eyni yolda avtomobillərin hərəkətində qeydə alınan 2-ci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*