Bakıda gənc icarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdubackend

Bakıda gənc icarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdu

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Gelandewagen” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub. Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur. Hadisənin təfərrüatı araşdırılır./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*