Bakıda gənc oğlan 71 yaşlı kişini öldürdübackend

Bakıda gənc oğlan 71 yaşlı kişini öldürdü

Dekabrın 17-də saat 18:45-də Z.Bünyatov prospekti 2072-də “Dərnəgül taxta bazarı” adlanan ərazidə 27 yaşlı İskəndərov Eyyub Saleh oğlu idarə etdiyi avtomobil ilə piyada keçid olmayan yerdə yolu keçən 71 yaşlı Vəliyev Əli Vəli oğlunu vurub. 

KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, o, aldığı xəsarətlərdən bir gün sonra Kliniki Tibbi Mərkəzdə ölüb.

Qeyd edək ki, faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.21-ci maddəsi ilə cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*