Bakıda bıçaqlanma hadisəsi olub.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Fuad adlı şəxs küçədə 25 yaşlı Ağayev Əli Hüseyn oğlunun qarnına bıçaqla xəsarət yetirib.
Hazırda faktla bağlı araşdırma aparılır.