Bakıda gənc qızları 50 manata satan qadına cinayət işi açıldıbackend

Bakıda gənc qızları 50 manata satan qadına cinayət işi açıldı

Bakıda gənc qızları fahişəliyə cəlb edən qadına cinayət işi açılıb.

KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, A.Ömərova Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham olunur.

İş üzrə zərərçəkmiş qismində 33, 21, 31 və 25 yaşlarında olan dörd qız var.

Əldə etdiyimiz məlumata görə, 29 yaşlı A.Ömərova öz cinayətkar fəaliyyətini “WhatsApp” tətbiqi vasitəsilə həyata keçirib. Belə ki, o, həmin şəbəkə vasitəsilə gənc qızları 50 manat qarşılığında kişilərlə görüşdürüb. Bu görüşlər müxtəlif ünvanlarda baş tutub.

Məhkəmənin qərarı ilə A.Ömərova barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*