Bakıda hadisə: Oğlan kafedə qrup yoldaşına təcavüz etdibackend

Bakıda hadisə: Oğlan kafedə qrup yoldaşına təcavüz etdi

Bakıda kollec tələbəsi olan qıza kafedə təcavüz edilib.

KONKRET.AZ “report”a istinadən xəbər verir ki, hadisə noyabrın 27-də paytaxtın Nəsimi rayon ərazisində baş verib.

Belə ki, Bakıdakı kolleclərinin birinin tələbəsi, V.S qrup yoldaşı, 2003-cü il təvəllüdlü Ə.N-ni axşam saatlarında kafeyə dəvət edib. O, kafedə qıza qarşı zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib.

Qızın valideynləri bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın