Bakıda oteldə arvadını 18 bıçaq zərbəsi ilə öldürən şəxsdən XƏBƏR VARbackend

Bakıda oteldə arvadını 18 bıçaq zərbəsi ilə öldürən şəxsdən XƏBƏR VAR

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qəsdən öldürməkdə təqsirləndirilən Murad Şamilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
KONKRET.az xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 5-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində törədilib.
Sentyabrın 3-də gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib. Qadın hadisə yerindəcə ölüb. M.Şamilov polisə gedərək törətdiyi əməli etiraf edib.
Məlum olub ki, cütlük ayrı yaşayıb. Ş.Şamilova boşanma üçün məhkəməyə müraciət edib. Qətl hadisəsindən əvvəl M.Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib.
Onların iki azyaşlı övladı var.
M.Şamilova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*