Bakıda insanlar ən çox bu xəstəlikdən vəfat edir – VİDEObackend

Bakıda insanlar ən çox bu xəstəlikdən vəfat edir - VİDEO

Bakıda hər 100 nəfərdən 68-i ürək- damar xəstəlikləri səbəbindən dünyasını dəyişir.

KONKRET.az bildirir ki, ötən ilin yanvar ayında paytaxtda baş verən 900 ölüm hadisəsi qeydə alınıb. Bunun da 610-u, yəni 68 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib.

Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatında bildirlir ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri hələ də üstünlük təşkil edir.

Həkim Anar Əmrah bildirir ki, təzyiqi olan insanlar həyat tərzini dəyişdirməli, artıq çəkidən azad olmalı, duzdan istifadəni məhdudlaşdırmalıdırlar.

Qeyd edək ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir.

(xezerxeber.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*