Bakıda “İranlı Əli”nin daha bir adamı həbs edildi – VİDEObackend

Bakıda "İranlı Əli”nin daha bir adamı həbs edildi - VİDEO

Bakıda “İranlı Əli” adlı narkotacirin daha bir adamı həbs edilib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Polisə Tamerlan adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – əvvəllər məhkum olunmuş Tamerlan Əliyev tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

Saxlanılan şəxs narkotik vasitələrini sosial şəbəkələrdə “Əli” kimi tanıdığı İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.

T.Əliyevlə İran vətəndaşının cinayət əlaqəsi əməliyyat-texniki tədbirlərlə tam sübuta yetirilib.

Aşkar edilən faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*