Bakıda itkin düşən ana və uşaqları tapıldıbackend

Bakıda itkin düşən ana və uşaqları tapıldı

Bakıda itkin düşən ana və uşaqları tapılıb.

KONKRET.az xəbər verir ki, Qızxanım Salamzadə və övladları – 2010-cu il təvəllüdlü Səadət Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Salamzadə və 2004-cü il təvəllüdlü Əbil Salamzadə tapılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Q.Salamzadə və övladları oktyabrın 10-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yaşadıqları evdən çıxaraq itkin düşmüşdülər.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*