Bakıda keçmiş arvadını öldürən kişiyə ağır cəzabackend

Bakıda keçmiş arvadını öldürən kişiyə ağır cəza

Bakıda keçmiş arvadını qətlə yetirən kişinin məhkəmə prosesi başa çatıb.

KONKRET.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanı bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Arzuman Fazilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sözügedən hadisə ötən ilin iyulun 15-də paytaxtın Binə qəsəbəsində baş verib.

Cütlük 2018-ci ildə boşansalar da, sonradan barışıblar. Lakin onlar bir müddət birlikdə yaşadıqdan sonra yenidən ayrılıblar.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, son zamanlar Vüsalə ona uşaqları ilə görüşməyə imkan verməyib. O, bu səbəbdən özündən çıxaraq qətli törətdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*