Son vaxtlar Bakıda kirayə mənzil bazarında durğunluq müşahidə olunur. Belə ki, bəzi ev sahibləri kirayənişin tapmaqda çətinlik çəkdiklərini bildirirlər.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, son 3-4 il ərzində həm mənzil satışı, həm də kirayə haqqı kəskin şəkildə artıb:
“Mənzillərin kirayə qiymətləri onların satış qiymətinin təqribən 0,5 faiz nisbətində olub. 6-7 il əvvəl Bakının mərkəzinə yaxın ərazilərdə – Yasamal, Nərimanov, Nəsimidə birotaqlı “Xruşşovka” layihəli mənzil təxminən 300 manat civarında, satışı isə 65-70 min manat aralığında idi. Hazırda həmin mənzillərin qiyməti 90-110 min manat arası dəyişir, kirayəsi isə 400-450 manatdır. Otaq sayı artdıqca satış, o cümlədən kirayə qiymətlərində artımlar olur”.