Bakıda küçədə huşsuz vəziyyətdə qadın aşkar edildibackend

Bakıda küçədə huşsuz vəziyyətdə qadın aşkar edildi

Sabunçu rayonunda qadın döyülərək ağır xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

Belə ki,1983-cü il təvəllüdlü Fətullayeva Əminə Qarabala qızı döyülərək ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırma aparıb.

Məlum olub ki, zərərçəkən iki baldızı tərəfindən döyülərək evdən çıxarılıb. O, ağır xəsarət aldığından huşunu itərərək yıxılıb. Yaralı küçədə aşkar edilib. /APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*