Bakıda lotoreya satışı məntəqəsindən 90 bilet oğurlandıbackend

Bakıda lotoreya satışı məntəqəsindən 90 bilet oğurlandı

Bakıda lotoreya satışı məntəqəsində soyğunçuluq edilib.

KONKRET.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 18-də metronun “28 May” stansiyasının qarşısında yerləşən lotoreya satışı məntəqəsində piştaxtanın üzərindən 90 ədəd lotereya biletini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*