Bakıda məktəb müəlliminin ölümü ilə bağlı cinayət işi açıldıbackend

Bakıda məktəb müəlliminin ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda məktəb müəlliminin ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə KONKRET.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 17.02.2023-cü il tarixdə saat 06:40 radələrində Səbail rayonu Bibiheybət yolu, Su İdman Sarayının yaxınlığında 1992-ci il təvəllüdlü Abbasov Fərid Fərzi oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə yolu keçən piyada Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Kərimova Elza Məlik qızını vurub. Nəticədə müəllim hadisə yerində ölüb.

Faktla bağlı Səbail RPİ-nin İş-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Qeyd edək ki, Elza Kərimova Bakıda 246 saylı tam orta məktəbin müəllimi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*