Bakıda memarlıq abidəsinə kənar müdaxilənin qarşısı alındı – FOTO+VİDEObackend

Bakıda memarlıq abidəsinə kənar müdaxilənin qarşısı alındı - FOTO+VİDEO

Bakıda 28 May küçəsində memarlıq abidəsinə xələl yetirən sahibkarların qanunsuz fəaliyyətinin qarşısı alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Məlumata əsasən, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində Nəsimi rayonu, 28 May küçəsi, 20 ünvanında yerləşən memarlıq abidəsinə (inv. № 2904) qeyri-qanuni müdaxilə faktı aşkarlanıb.

“Əraziyə baxış zamanı məlum olub ki, binanın fasadında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektində (133,4 kv.m) heç bir icazə sənədi və müvafiq qurumlarla razılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb. Baş İdarə və Dövlət Xidməti tərəfindən qanunsuz fəaliyyətin qarşısı dərhal alınaraq faktla bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Hazırda binanın fasadı mütəxəssislərin iştirakı ilə ilkin vəziyyətinə qaytarılır.

Qeyd edək ki, Baş İdarə və Dövlət Xidməti tərəfindən sözügedən ünvanda aparılan qanunsuz işlərin dayandırılması ilə bağlı obyekt sahiblərinə və aidiyyəti qurumlara əvvəlcədən xəbərdarlıq edilsə də, tikinti reklam bannerlərindən istifadə edilməklə gizli şəkildə davam etdirilib”, – deyə Komitədən bildirilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mülkiyyətçi və icarədarları bir daha xəbərdar edir ki, bu kimi hərəkətlər şəhərin tarixi-memarlıq irsinə ciddi müdaxilədir və belə hallara yol verənlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*