Bakıda məşhur restorandakı yanğın söndürüldü – YENİLƏNİB + VİDEObackend

Bakıda məşhur restorandakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

Bakıda Parlament prospektində yerləşən məşhur “Naxçıvan” restoranındakı yanğın söndürülüb. 

KONKRET.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 270 kvadratmetr olan restoranın bacasında yağ qalıqları və 4 poqonometr elektrik kabeli yanıb.

Restoran yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

13:39

Bakının Parlament prospektində yerləşən məşhur “Naxçıvan” restoranında yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Yeniavaz.com-a hadisə yerindən görüntülər təqdim edilib.

Kadrlarda hadisə yerinə yanğınsöndürmə qüvvələrinin cəlb olunduğu görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*