Bakıda müştərini döyə-döyə öldürən şəxs məşhur idmançı imiş – FOTObackend

Bakıda müştərini döyə-döyə öldürən şəxs məşhur idmançı imiş - FOTO

Bu gün Bakı şəhər Xətai rayonu Xocalı prospektində yerləşən “pub”da müştərini döyüb öldürən Orxan Şahbazovun uzun illər fitness-məşqçisi kimi fəaliyyət göstərdiyi, tanınmış şəxs olduğu məlum olub.

KONKRET.az xəbər verir ki, O.Şahbazov sosial şəbəkələrdə kifayət qədər tanınır. O, bir sıra məşhur simaların özəl mühafizəçisi olub.

Bildirilir ki, qətlə yetirilən Vüqar Mustafayev uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır./Publika.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*