Bakıda narkotik vasitə aşkarlandıbackend

Bakıda narkotik vasitə aşkarlandı

Polis Nəsimi rayonunda narkotik vasitə aşkarlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

“Daxil olan məlumat əsasında Nəsimi rayonu ərazisində keçirilən əməliyyat nəticəsində 42 yaşlı Z.Məmişov saxlanılıb. Onun üzərindən 1 kiloqramdan çox heroin və marixuana aşkarlanıb.

Araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*