Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilirbackend

Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir

Azərbaycan Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb.

KONKRET.az xəbər verir ki, Beynəlxalq Forumda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edir.

Həmçinin Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunurlar.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*