Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşdıbackend

Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşdı

Bakıda sentyabr ayında təkrar mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 2,19 faiz, ötən illə müqayisədə isə 4,17 faiz ucuzlaşıb.

KONKRET.az xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, ötən ay ərzində təkrar mənzil bazarında 1 kvadratmetrin orta qiyməti 1 610 manat təşkil edib.

Ötən ay orta hesabla ucuz mənzilin 1 kvadratmetrinin qiyməti 1 334 manat, baha mənzillərin isə 1 kvadratmetrinin qiyməti 3 040 manat təşkil edib.

N.İbrahimov bildirib ki, ucuzlaşmanın səbəbi struktur dəyişikliyidir, yəni ötən ay bazara ucuz evlər daxil olub./Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*