Bakıda özəl klinikada doğuş zamanı ana öldübackend

Bakıda özəl klinikada doğuş zamanı ana öldü

Bakıda doğuş zamanı ana ölüb.

KONKRET.AZ-ın “qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, hadisə dünən gecə saatlarında baş verib.

1991-ci il təvəllüdlü Xırda Həsənova günorta saatlarında “İnternational Medical Center-1” klinikasına yerləşdirilib. Ona 37-38 həftəlik hamiləlik, “uşaqlıqda çapıq” diaqnozu qoyulub. Qeysəriyyə əməliyyatı nəticəsində Xırda Həsənova ölüb, körpə salamat doğulub, səhhəti normaldır.

Xəstə yaxınları X.Həsənovanın meyitinin daxili müayinə olunmasına etiraz edərək cənazəni klinikadan aparıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*