Bakıda paltarsız gəzən şəxslə bağlı QƏRAR VERİLDİbackend

Bakıda paltarsız gəzən şəxslə bağlı QƏRAR VERİLDİ

Bakının mərkəzi küçələrində – Dəniz vağzalının qarşısında və digər ərazilərdə çılpaq halda gəzən şəxsin görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, heç bir geyimdən istifadə etmədən ictimai yerdə dolaşan şəxs insanlarda narahatlıq yaradıb.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirib ki, görüntülərdəki şəxsin 1990-cı il təvəllüdlü V.Ş olması məlum olub.

Qeyd edilib ki, həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ixtisaslaşdırılmış tibbi müəssisəsinə yerləşdirilməsi təmin olunacaq./qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*