backend

Bakıda peyvənd olunmaq istəyən ər-arvad poliklinikanın şüşəsini sındırdı - 3 həkimə xəsarət yetirdi - FOTO

Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib.

“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub”, – məlumatda qeyd edilib.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*