Bakıda pomidor yüklü avtomobil yolun ortasında AŞDI – VİDEObackend

Bakıda pomidor yüklü avtomobil yolun ortasında AŞDI - VİDEO

Bakıda pomidor yüklü avtomobil aşıb.

KONKRET.az xəbər verir ki, hadisə Bəşir Bünyadov küçəsində, “Koroğlu” metro stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolda baş verib.

“Ford” markalı yük avtomobili iderəetməni itirərək aşıb.

Tərəvəz yüklü avtomobilin qəza zamanı digər nəqliyyat vasitələri ilə toqquşmadığı bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib, hazırda qəzanın nəticələri aradan qaldırılır.

Qəzadan sonrakı görüntüləri təqdim edirik./oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*