Bakıda qadın evinə qonaq getdiyi kişini BIÇAQLADIbackend

Bakıda qadın evinə qonaq getdiyi kişini BIÇAQLADI

Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.

KONKRET.az xəbər verir ki, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Yelena İvanovna Bukitayeva evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Xəzər Rafi oğlu Hacıyev ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*