Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldıbackend

Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda kirayədə yaşayan qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.

Aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*