Bakıda qadının lüks avtomobilini qəsdən cızan şəxs: “Sərxoş olmuşam” – VİDEObackend

Bakıda qadının lüks avtomobilini qəsdən cızan şəxs: “Sərxoş olmuşam” - VİDEO

Bakıda qadının lüks avtomobilinin cızılmasının səbəbi bilinib.

KONKRET.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı məlum olub ki, Təranə Bağırovaya məxsus “Porsche” markalı avtomobili əlindəki əşya ilə qəsdən cızan şəxs Banu Əliyevadır.

B.Əliyeva polisə verdiyi izahatda hadisəni törədən zaman sərxoş olduğunu bildirib:

“Həmin gün mən sərxoş idim və 2-3 saat ərzində şəhərdə gəzmişəm. Daha sonra evə getmişəm. Heç nə xatırlamıram. Törətdiyim əməldən xəbərsizəm. “Porsche” markalı avtomobilin sahibini tanımıram”.

“Porsche” markalı avtomobilin sahibi Təranə Bağırova isə bildirib ki, ona 600 manat məbləğində ziyan dəyib və o, zərərin ödənilməsini tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*