Bakıda qonşuları maşın vurdu – Durumları ağırdırbackend

Bakıda qonşuları maşın vurdu - Durumları ağırdır

Bakının Suraxanı rayonunda iki nəfəri avtomobil vurub.

KONKRET.az xəbər verir ki, hadisə Günəşli qəsəbəsində baş verib.

1955-ci il təvəllüdlü Səmədov Şamil Böyükağa oğlu və onun qonşusu, 1958-ci il təvəllüdlü Nərimanov Oktay Məmməd oğlu yolu keçərkən hər ikisini avtomobil vurub.

Yaralılar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın növbətçi həkimi Mərdəli Hacıyevin APA-ya verdiyi məlumata görə, Ş.Səmədovun vəziyyəti ağır olduğundan xəstəxanın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*