Bakıda rüşvət almaqda təqsirləndirilən şirkət direktoruna hökm oxundubackend

Bakıda rüşvət almaqda təqsirləndirilən şirkət direktoruna hökm oxundu

Bakıda rüşvət almaqda təqsirləndirilən şirkət direktoru Orxan Ələkbərova hökm oxunub və o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçilən prosesdə elan edilib.

Qeyd edək ki, O.Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşı saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib, həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da O.Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etmələrinə şərait yaradıb.

Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

O.Ələkbərova Cinayət Məcəlləsinin 311.3.2-ci (Təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*